SELS
SELS

Social Elite Life System

Hesabın Silinməsi

Son yenilənmə: 12.06.2026

Qısa məlumat:

SELS istifadəçilərə hesablarını tətbiq daxilindən və ya veb sayt vasitəsilə silmə imkanı verir. Hesab silinməsi profil və şəxsi məzmunların platformadan çıxarılması üçün nəzərdə tutulub.

1. Hesabı tətbiq və ya sayt daxilindən necə silmək olar?

  1. Hesabınıza daxil olun.
  2. Profil bölməsinə keçin.
  3. Profil Parametrləri səhifəsini açın.
  4. Hesabı Sil bölməsinə daxil olun.
  5. Xəbərdarlıqları oxuyun və silmə əməliyyatını təsdiqləyin.
Daxil ol və hesabı sil Dəstək ilə əlaqə

2. Veb vasitəsilə silmə müraciəti

Əgər tətbiqə daxil ola bilmirsinizsə, hesab silinməsi üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
support@naxcivanavto.com

Müraciətdə hesabınıza bağlı email və ya telefon nömrəsini yazın. Təhlükəsizlik üçün sizdən əlavə doğrulama məlumatları tələb oluna bilər.

3. Hesab silindikdə hansı məlumatlar silinir?

Hesab silinməsi zamanı aşağıdakı məlumatlar silinə və ya anonimləşdirilə bilər:

  • profil məlumatları;
  • profil şəkli və qalereya şəkilləri;
  • story-lər və story media faylları;
  • mesajlar və mesaj sorğuları;
  • like-lar və profil baxışları;
  • bildirişlər;
  • blok və şikayət əlaqələri;
  • ictimai görünən istifadəçi məzmunları.

4. Hansı məlumatlar saxlanıla bilər?

Bəzi məlumatlar qanuni, təhlükəsizlik, audit və maliyyə öhdəlikləri səbəbilə müəyyən müddət saxlanıla bilər:

  • qızıl, almaz və USD wallet əməliyyatları;
  • VIP və rəqəmsal xidmət alış tarixçəsi;
  • çıxarış sorğuları və ödəniş tarixçəsi;
  • fraud və təhlükəsizlik logları;
  • admin audit qeydləri;
  • qanuni mübahisələr və ya araşdırmalar üçün lazım olan qeydlər.

5. Hesab dondurma ilə silmə fərqi

Hesabı dondurmaq müvəqqəti deaktivasiya deməkdir. Dondurulmuş hesab görünmür, mesaj almır və axtarışdan çıxır.

Hesabı silmək isə hesabın və şəxsi məzmunların platformadan çıxarılmasıdır. Bu əməliyyat geri qaytarılmaya bilər.

6. Silmə müddəti

Tətbiq və ya sayt daxilindən təsdiqlənmiş hesab silmə əməliyyatı adətən dərhal icra olunur. Dəstək vasitəsilə göndərilən silmə müraciətləri təhlükəsizlik yoxlamasından sonra icra edilir.

7. Aktiv balans və çıxarışlar

Hesab silinmədən əvvəl aktiv çıxarış sorğuları, açıq maliyyə əməliyyatları və fraud yoxlamaları tamamlanmalıdır. Aktiv balans, pending withdrawal və ya mübahisəli əməliyyat varsa, platforma hesab silinməsini müvəqqəti gecikdirə bilər.

Vacib xəbərdarlıq:

Hesab silindikdən sonra profil, şəkillər, story-lər, mesajlar və digər şəxsi məzmunlar geri qaytarılmaya bilər. Hesabınızı silməzdən əvvəl qərarınızı diqqətlə yoxlayın.

8. Məxfilik siyasəti

Məlumatların necə toplandığı, istifadə edildiyi və saxlandığı barədə ətraflı məlumat üçün Məxfilik Siyasəti səhifəsinə baxın.

9. Əlaqə

Hesab silinməsi ilə bağlı suallar üçün:
support@naxcivanavto.com

Ana səhifəyə qayıt İstifadə Şərtləri Məxfilik Siyasəti İcma Qaydaları